Nazir: Türkiyəyə girişdə barmaq izi götürüləcək

Türkiyə hökuməti ölkəyə gələn əcnəbilərdən barmaq izi götürməyi planlaşdırır.

Olaylar xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya "Sabah" qəzetinə açıqlamasında bildirib.

"Türkiyəyə girişdə, ABŞ və İngiltərədə olduğu kimi, barmaq izi götürüləcək", - o deyib.

Nazir layihənin icrasına nə vaxt başlanacağını deməyib.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, respublikada 4,4 milyon əcnəbi var ki, onlardan da 3,1 milyonu Suriya vətəndaşıdır. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31