Bayden: Bu halda İran İsrailə hücumdan imtina edəcək
14 Avqust 2024 10:26 DünyaABŞ Prezidenti Co Bayden hesab edir ki, Qəzzada atəşkəslə bağlı razılaşma İranı HƏMAS liderinin Tehranda öldürülməsinə cavab olaraq İsrailə hücumlardan çəkinməyə vadar edə bilər.
Olaylar xəbər verir ki, bu barədə "Ria Novosti" məlumat yayıb.
Bayden "Bu mənim gözləntimdir", - deyə jurnalistlərin İsrail və HƏMAS arasında atəşkəsin İranın hücumunun qarşısını ala biləcəyi ilə bağlı sualına cavab olaraq bildirib.
Xatırladaq ki, Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda ölümündən sonra başlayıb. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31