Moldova diplomatı F-16-lara görə Rusiya XİN-ə çağırıldı
13 Avqust 2024 21:00 DünyaMoldovanın Rusiyadakı müvəqqəti işlər vəkili Aleksandr Ketraru Xarici İşlər Nazirliyinə çağırılıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, moldovalı diplomata Ukraynaya verilən F-16-ların Moldova aerodromlarında yerləşdirilməsinin mümkünlüyü ilə bağlı yayılan xəbərlərlə bağlı narahatlıq bildirilib.
"Moldovanı neytral qalmağa və Ukrayna böhranının gərginləşməsinə səbəb ola biləcək addımlar atmamağa çağırırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31