Ermənistan millisinin futbolçusu iki nəfərin ölümünə görə həbs edilib
13 Avqust 2024 20:59 DünyaErmənistan milli komandasının keçmiş futbolçusu Armen Fişyan Rusiyanın Stavropol diyarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirli bilinib.
Olaylar.az bu barədə oxu.az istinadən xəbər verir.
Qeyd olunub ki, 2024-cü ilin martında Armen idarə etdiyi "Mercedes" markalı avtomobillə yol polisini və polislərin daha əvvəl saxladıqları avtomobilin sürücüsünü vurub. Hər iki şəxs yerindəcə keçinib.
Məhkəmə Fişyanı yol hərəkəti qaydalarını pozmaqda təqsirli bilib və 11 il müddətinə azadlıqdan məhrum edib.
Futbolçu peşəkar karyerasını 2016-cı ildə başa vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31