Qadın duşa girdi, kor oldu

Amerikalı qadının həyatı duş qəbul etdikdən sonra kabusa çevrilib.

Olaylar.az lent.az-a istinadən bildirir ki, ABŞ-ın Texas ştatında gözləri zəif olduğu üçün uzun illər linza taxan qadın görmə qabiliyyətini itirib.

34 həftəlik hamilə olan Raşel Proşnou, kontakt linzaları ilə duş qəbul etdikdən sonra gözlərində kəskin ağrı hiss edib. Həkimlər ona suda tapılan, buynuz qişaya nüfuz edən və ciddi ziyan vuran parazitin yaratdığı nadir xəstəlik olan "Acanthamoeba keratit" diaqnozu qoyublar.

Hazırda qadının müalicəsi davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31