İsrail İranı ərazisinə zərbələr endirməklə hədələdi
13 Avqust 2024 20:42 Dünyaİranın ölkəmizə hücumuna bu dövlətin ərazisinə zərbələr endirməklə cavab veriləcək.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə İsrail ordusuna məxsus radiostansiyasının efirində informasiya verilib.
Bildirilib ki, hətta İsrail tərəfində dağıntı və tələfat olmasa belə, qarşı tərəf çox sərt reaksiya ilə üzləşəcək.
Məlumata əsasən, bu xəbərdarlıq İranın təhdidləri fonunda beynəlxalq ictimaiyyətin rəsmi Təl-Əvivə yönələn təzyiqlərinin azalmasına nail olmaq məqsədi daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31