Ağ Evdən Putinə sərt sözlər: "Bəyənmirsə, Ukraynadan rədd olsun"
13 Avqust 2024 16:34 DünyaAğ Ev Rusiya Prezidenti Vladimir Putinə Kursk vilayətindəki vəziyyətdən çox narahat olacağı təqdirdə Ukraynaya qarşı müharibəni dayandırmağı tövsiyə edib.
Olaylar bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi bildirib.
"Bu, Putinin Ukraynaya qarşı müharibəsidir və əgər nəyisə bəyənmirsə, nəsə ona uyğun gəlmirsə, bunun çox sadə həlli var: rədd olub Ukraynadan çıxsınlar, müharibəni dayandırsınlar", - Kirbi vurğulayıb.
Ağ Ev nümayəndəsi qeyd edib ki, lap əvvəldən təcavüzkar Rusiya olub və Ukrayna özünü müdafiə etmək məcburiyyətində qalıb. (teleqraf)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31