Avstriya Rusiya qazının tədarükünü dayandırmaqda böyük risk görür- ÖZƏL

Avstriya Rusiyadan qaz nəqlinin dayandırılmasının böyük risklərini qeyd edir. 

Olaylar.az xəbər verir ki, bu haqda "Bloomberg" xəbər verir. 

Ukraynada xüsusi əməliyyat başlayandan sonra ölkədə qaza tələbatın 23% azalmasına baxmayaraq, Avstriya iqtisadiyyatı onun idxalından əhəmiyyətli dərəcədə asılı olaraq qalır.

Qaz Avstriyanın ixracyönümlü ağır sənayesində istifadə olunur. Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu ilə bağlı insidentdən sonra Avropada yanacağın qiymətləri artıb və bu, treyderləri tədarükün kəsilməsi risklərini yenidən qiymətləndirməyə məcbur edib.

Avstriyanın Energetika Nazirliyi Rusiya qazından asılılığı sürətlə azaltmağa çağırıb. Ölkənin hakim koalisiyası 2027-ci ilə qədər Rusiyadan qaz idxalını dayandıracağına söz verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31