Marsda ilk dəfə maye su tapılıb
13 Avqust 2024 15:14 DünyaMarsda ilk dəfə maye su tapılıb.
Olaylar xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NASA-nın Mars "Insight Lander" zondunun topladığı məlumatları təhlil edən alimlər qənaətə gəliblər.
Qeyd olunub ki, Qırmızı Planetin qabığının dərinliklərində maye su anbarı adlanan yer var. Təhlil göstərdi ki, su Marsın səthinin altında 10-20 km dərinlikdə yerləşir.
Marsın səthini tədqiq edən tədqiqatçılar onun üzərində su olduğunu çoxdan anlayıblar: səthdə çay və göllərin izləri var. Lakin son 3 milyard ildə onların yerini səhra tutub.
Suyun bir hissəsi səthin altında qalıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31