Ukraynaya əsir düşən kadırovçuların - Şok görüntüsü
13 Avqust 2024 14:24 DünyaUkraynanın 225-ci Əlahiddə Hücum Briqadası Rusiyanın "Əhməd" bölməsinin hərbçilərini əsir götürüb.
Olaylar xəbər verir ki, bununla bağlı briqada Teleqram kanalında görüntülər yayıb.
Görüntülərdə 2 tağım komandiri (1-ci yol polisi alayı və 1 hərbi hissə), 2 qərargah rəisi və 1 tabor rotası komandiri olmaqla, "əhməd"çilərin sənədləri təqdim olunub.
Briqadanın yaydığı digər görüntüdə əsir düşən "Əhməd" dəstəsinin üzvlərinin görüntüləri də yayılıb.
Rusiyanın hökumətyönlü "VÇK-OQPU" Teleqram kanalı isə əsir düşənlərin Kursk vilayətinin Federal Penitensiar Xidmətinin əməkdaşları olduğunu bildirib.
Qeyd edək ki, "Əhməd" dəstəsinin komandiri Apti Alaudinov ötən gün heç bir döyüşçüsünün əsir düşmədiyini bildirmişdi. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31