Dağıstan Şahmat Federasiyası şahmatçı Əminə Abakrovanı federasiyadan ixrac etdi- ÖZƏL
13 Avqust 2024 12:56 DünyaŞahmatçı Əminə Abakarova rəqibini zəhərləmək məqsədilə stoluna civə çilədiyi üçün Dağıstan Şahmat Federasiyasından xaric edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Respublikanın Bədən Tərbiyəsi və İdman naziri Sajid Sajidov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, mütəxəssislər Abakrovənin rəqibinin stoluna civə çilədiyini təsdiqləyiblər. Sazidov, bunun idman davranışı ilə heç bir əlaqəsi olmadığını və bu səbəbdən Abakrovənin federasiyadan çıxarıldığını bildirib.
Nazir, Abakrovənin yaxın zamanda ömürlük diskvalifikasiya ediləcəyini də vurğulayıb.
Xatırladaq ki, 40 yaşlı Amina Abakrova 30 yaşlı rəqibi Umayqanat Osmanovu civə ilə zəhərləməyə cəhd edib. Yarış 2 avqust tarixində keçirilib və qız Abakrova yarışdan 20 dəqiqə əvvəl rəqibinin stoluna naməlum maye töküb. Şahmatçı, kameraların onu çəkmədiyini düşünürdü.
Video görüntülərinə baxdıqdan sonra təşkilatçılar Abakrovaya sual veriblər. O, civə haqqında məlumat verib və bütün insanları binalardan çıxarıblar. Daha sonra yerinə polis, təcili yardım və Fövqəladə Hallar Nazirliyi əməkdaşları cəlb olunub.