ABŞ prezidentliyinə namizəd kiçik Robert Kennedi Nyu-Yorkda seçki bülletenində iştirak etməyəcək- ÖZƏL

ABŞ-ın prezidentliyə namizədi kiçik Robert Kennedi Nyu Yorkda seçki bülletenində yer almayacaq, çünki məhkəmə onun göstərdiyi yaşayış ünvanını saxta adlandırıb. 

Olaylar.az xəbər verir ki, bu barədə New York Post qəzeti, Albany dairəsinin aşağı instansiya məhkəməsinin qərarına istinad edərək məlumat verib.

Məhkəmənin qərarına görə, Kennedinin 84 Croton-Lake Road ünvanını yaşadığı yer kimi göstərməsi yanlış bəyanatdır və bu, petisiyanın qüvvədən düşməsinə səbəb olur.

Qərar, Kennedinin prezident seçkilərində iştirakını təsir edə bilər və digər ştatlarda da bülletenlərdə yer almasına mane ola bilər, çünki namizəd bütün seçki sənədlərində eyni ünvanı göstərib.

Xatırladaq ki, kiçik Robert Kennedi, ABŞ prezident seçkilərində müstəqil namizəd olaraq iştirak edir və Ağ Evə növbəti başçının Respublikaçı partiyadan Donald Tramp olacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31