Tramp: Aİ ölkələri ABŞ-a pis münasibət göstərir- ÖZƏL

ABŞ-nin prezidentliyə namizədi Donald Tramp Avropa İttifaqının ABŞ-ə münasibətindən narazılığını bildirib. Trampın dediyinə görə, ABŞ Avropanı qoruyur və ticarət sahəsində onlara əhəmiyyətli üstünlüklər təqdim edir. 

Olaylar.az xəbər verir ki, bu fikirləri Tramp, İlon Maskla verdiyi müsahibədə ifadə edib.

Tramp, Avropa İttifaqı ilə yaxından tanış olduğunu və onların ABŞ-lə ticarətdən "əhəmiyyətli fayda" əldə etdiyini vurğulayıb. O, Amerika Birləşmiş Ştatlarının NATO çərçivəsində Avropanı qoruduğunu, lakin bunun müqabilində mənfi münasibətlərlə qarşılaşdığını qeyd edib.

Keçmiş prezident həmçinin, Avropa İttifaqı ölkələrinin birləşmiş iqtisadiyyatının ABŞ iqtisadiyyatı ilə demək olar ki, bərabər olduğunu, lakin Vaşinqtonun kollektiv müdafiə və Ukraynaya yardım üçün əhəmiyyətli miqdarda vəsait ayırdığını bildirib.

Əvvəllər Foreign Policy nəşri, əgər Donald Tramp ABŞ prezidenti olarsa, Avropa İttifaqına ciddi zərbə vura biləcəyini yazmışdı. Trampın ilk prezidentlik müddətində bu məsələdə irəliləyiş əldə edə bilmədiyi, lakin mübahisə və ziddiyyətlərin kifayət qədər olduğu qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31