Belarus XİN Ukraynaya görə AB komissarını çağırdı
13 Avqust 2024 10:14 DünyaAvropa Birliyinin AB məsələləri üzrə komissarı Stan Nerlov Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.
Olaylar xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.
XİN AB-ni Ukrayna PUA-larının Belarus hava məkanını növbəti dəfə pozmasının qarşısını almaq üçün öz təsirindən istifadə etməyə çağırıb.
Diplomatla görüşdə Belarusun hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan PUA-ların bəzi hissələrində AB ölkələrinin istehsalçılarının işarələrinin tapıldığı bildirilib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31