Ukraynadan danışdıq, Putinə dedim ki, bunu etmə - Tramp
13 Avqust 2024 10:12 DünyaABŞ-ın prezidenti Co Bayden olmasaydı, Rusiya Ukraynanı işğal etməzdi.
Olaylar xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp milyarder İlon Maska müsahibəsində deyib.
"Putinlə çox yaxşı anlaşırdım və o, mənə hörmət edirdi. Biz Ukraynadan danışdıq. Mən ona dedim ki, bunu etmə. Vladimir, sən bunu edə bilməzsən. O da cavab verdi ki, heç vaxt", - Tramp bildirib.
Onun sözlərinə Rusiya və Şimali Koreya liderlərini yaxşı tanıyır:
"Onlar ağıllı və qəddardırlar. Onlar Kamalanı (ABŞ-ın vitse-prezidenti ) və ya yuxulu Conu (Co Bayden) görəndə buna inana bilmirlər". (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31