ABŞ 80-dən çox “Abrams”ı bu ölkədəki hərbi bazaya yerləşdirdi
12 Avqust 2024 18:00 DünyaABŞ ordusuna məxsus 80-dən çox "M1A2 Abrams" tankı Polşanın mərkəzində yerləşən Povidze hərbi bazasına keçirilib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə xarici KİV-lər xəbər verib.
Məlumata görə, tanklar ABŞ-nin Almaniyadakı bazalarından köçürülüb.
Qeyd edilir ki, 150-yə yaxın "Bradley" zirehli avtomobil və 20 ədəd M109 özüyeriyən artilleriya qurğusu da həmin bazaya göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31