Çin, “Newnew Polar Bear” gəmisinin “Balticconnector” qaz kəmərini təsadüfən zədələdiyini qəbul etdi- ÖZƏL
12 Avqust 2024 16:09 DünyaÇin, "Newnew Polar Bear" adlı gəmisinin təsadüfən "Balticconnector" qaz kəmərini zədələdiyini qəbul etdi.
Olaylar.az xəbər verir ki, "South China Morning Post" qəzetinin məlumatına görə, Pekin gəminin Hong Kong bayrağı altında olduğunu qeyd edib. Çin, hadisənin təsadüfi olduğunu və kəmərin zədələnməsinə səbəb olan güclü fırtına nəticəsində baş verdiyini açıqlayıb.
Çinin apardığı araşdırma nəticəsində əldə edilən materiallar Estoniya və Finlandiyaya təqdim edilib. Hadisə ötən ilin oktyabr ayında baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31