Rus turistlər Çinə axışıb- ÖZƏL

Olaylar.az pravda.ru-ya istinadən xəbər verir ki, Türkiyədə tətil qiymətlərinin artması fonunda Çin rus turistlər arasında yeni sevimli ölkəyə çevrilir.

Türkiyə kurortlarında istirahət qiymətlərinin əhəmiyyətli dərəcədə artması rus turistləri alternativ variantlar axtarmağa sövq edir və getdikcə onların seçimi Çinin üzərinə düşür.

Bu il rusiyalı turistlərin xaricə səyahətə böyük marağı var. Türkiyə, Abxaziya və Qazaxıstan ənənəvi olaraq ən populyar istiqamətlər sırasında qalır. İlin birinci yarısında ruslar 12,6 milyon səfər edib ki, bu da ötən illə müqayisədə 9% çoxdur. Rusiya FSB-nin Sərhəd Xidmətinin məlumatlarına istinadən bu səfərlərin əksəriyyəti istirahətlə bağlı olub.

Xarici tətillərə ümumi marağın artması fonunda Türkiyənin məşhur kurortlarına alternativə çevrilən Çinə səfərlərin sayında da ciddi artım müşahidə olunur. Bu ilin ilk altı ayında Çinə səfərlərin sayı 405 mini keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 dəfə çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31