NATO ölkələri hava müdafiə zəifliklərini aradan qaldırmağa çalışır, amma…- ÖZƏL

Son illərdə NATO ölkələri hava müdafiə sistemlərindəki zəiflikləri aradan qaldırmağa çalışır, lakin problemlər hələ də mövcuddur. 

Olaylar.az xəbər verir ki, bu nəticəyə Amerikanın "War on the Rocks" portalı gəlib.

Məqalədə qeyd olunur ki, fevral 2022-dən bəri Rusiya Ukrayna hərbi obyektlərini minlərlə raket, bomba və pilotsuz uçan vasitə ilə hədəf alıb. Buna görə də NATO-nun 75 illiyində alyansın üzvləri hava müdafiə və raket müdafiə qabiliyyətlərinə xüsusi diqqət yetiriblər.

NATO ölkələrinin hava müdafiə zəifliklərini müəyyən dərəcədə aradan qaldırdığı, amma hələ də çatışmazlıqların qaldığı bildirilir. Ekspertlər, alyans üzvlərinin hava müdafiə sistemlərini daha güclü birləşdirilmiş bir arxitektura daxil etməyə daha çox çalışmalı olduqlarını vurğulayırlar.

Daha əvvəl Financial Times nəşri, NATO ölkələrinin şərqdəki müdafiə üçün yalnız 5% hava müdafiə sisteminə malik olduğunu bildirmişdi. Bir diplomat, hava müdafiə ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31