Ukraynada nazir müavini saxlanıldı
12 Avqust 2024 14:33 DünyaUkraynanın energetika nazirinin müavini 500 min dollar rüşvət alması ittihamı ilə tutulub.
Olaylar xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, adı çəkilən ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin araşdırması nəticəsində o bir sıra dövlət müəssisələrinin rəhbərlərinə Lvovsk-Volınsk kömür mədənindən qeyri-qanuni istifadə imkanının yaradılacağı və bunun üçün zəruri avadanlıqların veriləcəyini vəd edərək, onlardan külli-miqdarda rüşvət alıb.
Qeyd edilir ki, məlumatı nazirlik təsdiqləyib, lakin həbs olunan şəxsin adını açıqlamayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31