Yaxın Şərqdəki gərginlik "asanlıqla" regional müharibəyə çevrilə bilər - ÖZƏL

Yaxın Şərqdəki gərginlik asanlıqla regional müharibəyə çevrilə bilər, lakin bu ssenarinin qarşısını almaq hələ də mümkündür.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

Yanvar ayında vəzifəsini tərk etməzdən əvvəl Qəzzada atəşkəsin mümkün olduğuna inanırmı sualına Bayden belə cavab verib: "Bəli. Bu, hələ də mümkündür. Mənim hazırladığım, G7 tərəfindən təsdiq edilən, BMT Təhlükəsizlik Şurası və s. tərəfindən təsdiqlənən plan hələ də davam edir. Mən və bütün komandam bunun regional müharibəyə çevrilməməsi üçün hər gün çalışıram".
Mayın 31-də ABŞ prezidenti Qəzzada atəşkəs və fələstinli məhbuslara amnistiya verilməsi müqabilində israilli girovların azad edilməsini nəzərdə tutan nizamlamanın əldə edilməsi təklifinin şərtlərini açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahu bu ideyanı dəstəklədiyini bildirib və HƏMAS-ı planın reallaşmasına maneələr yaratmaqda ittiham edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31