Sanksiyalara baxmayaraq, Rusiyanın iqtisadiyyatı böyüməyə davam edir- ÖZƏL

Sanksiyalara baxmayaraq, Rusiyanın iqtisadiyyatının möhkəm şəkildə artır, digər ölkələr isə rəsessiyadadır. 

Olaylar.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazır. 

Məqalədə ABŞ və Kanadada işsizlik səviyyəsinin artdığı və istehlakçıların əhval-ruhiyyəsinin zəif olduğu, Avropanın isə rəsessiya riski ilə qarşı-qarşıya olduğu vurğulanır. Rusiya iqtisadiyyatı isə sanksiyalara baxmayaraq, müsbət inkişaf edir.

Jurnalın müəllifləri qeyd edir ki, 2024-cü ilin yekunlarına görə, Rusiyanın ÜDM-i real ifadədə 3%-dən çox artacaq. Bu, Rusiyanın 95% zəngin ölkələrdən daha yüksək artım tempinə sahib olduğunu göstərir. Eyni zamanda, Rusiyada işsizlik tarixi minimum səviyyəsinə yaxınlaşır və rubl stabil vəziyyətdədir.

Məqalədə həmçinin, Rusiya hökumətinin xüsusi hərbi əməliyyat iştirakçılarına və onların ailələrinə əhəmiyyətli dəstək verdiyi, pensiyaların müntəzəm olaraq indeksləşdirildiyi və iri infrastruktur layihələrinə böyük vəsaitlərin ayrıldığı qeyd olunur.

Dünya Bankı iyul ayında bildirdi ki, Rusiya keçən il mövqelərini qoruyub və dünya iqtisadiyyatında dördüncü yerini saxlayıb; ölkənin ÜDM-i alım qabiliyyəti paritetinə görə demək olar ki, 8% artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31