Serbiya prezidenti üçün Qərb ölkələri Miloseviçin taleyini hazırlayır- ÖZƏL

Serbiyanın vitse-premyer Aleksandar Vulin, Qərb ölkələrinin Serbiya prezidenti Aleksandar Vucic üçün Slobodan Miloseviçin 2006-cı ildə həbsxanada ölümü ilə nəticələnmiş taleyini hazırladığını bildirib. 

Olaylar.az xəbər verir ki, Vulin, Miloseviçin 2000-ci il oktyabrın 5-də devriləndən sonra Haaqa göndərildiyini və pensiyaya çıxmadığını vurğulayaraq, Vucicin də eyni aqibətə düçar ediləcəyini qeyd edib.

Vulin, Serbiyadakı litium çıxarılması əleyhinə etirazların məqsədinin "rəngli inqilab" yaradaraq hakimiyyəti devirmək olduğunu iddia edib. O, hakimiyyətin devrilməsinin yalnız dövlət başçısının dəyişdirilməsi deyil, həm də onun məhv edilməsi mənasını verdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31