İsrail İranı hədələdi: İndiyədək görülməmiş cavab olacaq!

İsrailə görünməmiş ziyan vurmaqla hədələyən düşmənlərimiz indiyədək görülməmiş cavabla qarşılaşacaqlar. 

Olaylar xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant İran və Hizbullaha cavab olaraq deyib.

"İran və Hizbullah keçmişdə istifadə etmədikləri üsullarla bizə zərər verməklə hədələyirlər. Kim bunu edərsə, heç vaxt görünməmiş zərbə alacaq. Ümid edirik ki, İsrailin düşmənlərinin ağlı başına gələcək və əlavə cəbhələrdə müharibəyə başlamayacaqlar", - o bildirib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31