Belarus Rusiya-Ukrayna müharibəsinə qoşula bilər- ÖZƏL

"Ukraynanın Rusiyanın ərazisinə hərbi əməliyyatları keçirməsi, müharibənin gedişini dəyişib. Qərbin razılığı və hərbi dəstəyi fonunda Kiyev iki ildən sonra müharibəni Rusiya ərazisinə keçirə bildi".

"Olaylar"ın məlumatına görə, bunu MCP Başqan müavini Məhəmməd Əsədullazadə deyib:

"Qərb belə bir əməliyyata ona görə razılıq verdi ki, faktiki Ukrayna ərazisində Rusiya güclü müdafiə istehkam səddi quraraq Ukrayna qoşunlarının hücumlarinı durdura bilir. Kursk və ətrafında əməliyyatlar uğurlu davam edərsə, Ukrayna qoşunları Rusiya ərazisindən Donbas və Xarkovda rus qoşunlarına arxadan hücum edə bilər. Bu uğurlu hərbi əməliyyatların davam etməsi Rusiya üçün çətin olacaq. 
Rusiya çalışacaq ki, Belarusu Ukraynaya müharibəyə sövq etsin. Belarus prezidenti bu addıma getmək istəmir. Çünki, ordusu məğlub ola bilər. Belarusla sərhəddə Qərbin elit xüsusi dəstələri dayanib. Həmən hücumda Belarus qoşunları güclü müqavimətlə qarşılana bilər. Həmçinin Belarus Ukraynaya qoşun yeritsə, Polşa Belarusa hücum edə bilər. Ona görə də Belarus prezidenti Aleksandr Lukaşenko Moskvanın aktiv hərbi  oyununda iştirak etmək istəmir. 
Ukrayna Kursk vilayətinin böyük bir ərazisini, onlarla şəhərini və kəndlərini nəzarətə alıb. Ukrayna hərbi siyasi rəhbərliyinin bu əməliyyat planı Rusiyaya gecikmiş cavab zərbəsidir. Demək olar ki, Ukraynanın Rusiya ərazisinə xüsusi hərbi əməliyyati Moskva üçün "soyuq duş effekti" yaradıb. Belə bir əməliyyatı Kremldə  gözləmirdilər. Rusiyanin yeni müdafiə naziri Belusov üçün çətin bir sınaqlarla üz-üzədir..Hazırda həm psixoloji həm də, hərbi baxımdan üstünlük Ukrayna tərəfinə keçib. Bu da Ukrayna ordusunun psixoloji durumuna və döyüş qabiliyyətinə müsbət təsir göstərir. Onlarla Rusiya hərbiçisinin əsir götürülməsi göstərir ki, Ukrayna hərbiçiləri, rus hərbiçilərindən çevik və döyüş hazırlığına malikdir. Əməliyyatla Kiyev bir neçə məqsədə nail olmağa çalışır. Ukrayna bu əməliyyatla, Rusiyanı danışıqlar masasında güzəştə məcbur etmək və Rusiya qoşunlarının Ukrayna ərazisində möhkəmlənməsini qarşını almaqniyyətini güdür".  

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31