Dost ölkələr daxili işlərimizə müdaxilə edir - Burcess

Avstraliyanın müttəfiqi sayılan bəzi ölkələr onun daxili işlərinə qarışır.

Olaylar xəbər verir ki, bunu Avstraliyanın daxili kəşfiyyatının rəhbəri Mayk Burcess "ABC Nyus"a müsahibəsində deyib.

O vurğulayıb ki, bu vəziyyət Avstraliya vətəndaşları üçün təhlükə yaradır:

"Çünki bu ölkələr arasında Avstraliyanın dostluq münasibətlərinin olduğu dövlətlər də var. Ən azı üç və ya dörd dövlətin Avstraliyanın işlərinə müdaxiləsini qeydə almışıq".

Burqess qeyd edib ki, bu hərəkətlər davam edərsə, o, həmin ölkələrin siyahısını dərc edib, ictimai şəkildə müraciət etməyə məcbur olacaq. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31