Sabiq nazir Kurska hücumun hədəflərini açıqladı
10 Avqust 2024 13:51 DünyaKiyev uzun müddətdir ki, bu əməliyyatı planlaşdırırdı. Məqsəd Rusiya qüvvələrini cəbhənin digər bölmələrindən yayındırmaq və döyüş əməliyyatlarını kənar ərazilərə keçirmək idi.
Olaylar bildirir ki, bunu Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk bildirib.
Onun sözlərinə görə, Ukrayna qüvvələri Rusiya ərazisini uzun müddət özündə saxlamaq niyyətində deyil.
Zaqorodnyuk bildirib ki, Ukrayna qoşunları döyüş əməliyyatlarını Rusiya ərazisinə keçirməklə yanaşı, əhali arasında döyüşlərə dəstəyi azaltmaq, həmçinin, rus qoşunlarının zəif tərəflərini müəyyən etmək və təşəbbüsü ələ keçirmək kimi tapşırıqlar alıb. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31