Ermənistan XİN-dən Təbrizdə konsulluqla bağlı açıqlama

Təbrizdə Ermənistanın baş konsulluğunun nə vaxt açılacağı ilə bağlı hələlik məlumat yoxdur.

Olaylar xəbər verir ki, bu barədə Ermənistan XİN "Sputnik Ermənistan"ın sorğusuna cavab olaraq bildirib.

"Hazırda Təbrizdə baş konsulluğun açılması üçün hazırlıq işləri aparılır", - məlumatda deyilir.

Qeyd edək ki, Ermənistan 2024-cü ilin aprelində Təbrizdə baş konsulluğun açılmasına dair qərarı təsdiqləyib. Hətta baş konsulun maaşının 2565 dollar dəyərində olacağı müəyyənləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31