Kursk vilayətində vəziyyət mürəkkəb olaraq qalır - ÖZƏL
9 Avqust 2024 15:44 DünyaKursk vilayətində vəziyyət mürəkkəb olaraq qalır, məcburi köçkünlərə yardım sistemi təşkil edilib.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, qubernator vəzifəsini icra edən Aleksey Smirnov bildirib.
"Kursk vilayətində vəziyyət ağır olaraq qalır. Sosial xidmətlər və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqda məcburi köçkünlərə yardım sistemi təşkil edilib", - o deyib.
Kurskda humanitar yardım anbarı yerləşdirilib, Rusiyanın digər regionlarından yardım ləvazimatları buraya axır. Elektrik generatorları, qablaşdırılmış su və dərman ehtiyatları yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31