Çində krematoriyalardan 4000-ə yaxın cəsəd oğurlanıb - ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, cinayət şəbəkəsi Çindəki krematoriyalardan və tibb laboratoriyalarından 4000-ə yaxın cəsədi oğurlayıb, sümüklərdən diş transplantasiyası əldə edib.
Şansi əyalətindəki Taiyuan polisi allogen sümük greftləri istehsal etmək üçün insan bədənlərinin kütləvi oğurlanması hadisəsini araşdırır, Honq Konq qəzeti Çinli cinayət hüquqşünası Yi Şenxua istinadən bildirib. Yi tərəfindən dərc olunan sənədlərə görə, Shanxi Aorui Biomaterials adlı şirkət Sıçuan, Quanqsi və Şandunq əyalətlərindən qanunsuz olaraq cəsədlər və bədən üzvləri alırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31