Bolqarıstan prezidenti Radev yeni müvəqqəti hökumətin yaradılması barədə göstəriş verib- ÖZƏL

Bolqarıstan prezidenti Rumen Radev ölkə üçün yeni texniki hökumətin formalaşdırılmasına göstəriş verib. Yeni hökumətin formalaşdırılması mandatı Hesablama Palatasının sədr müavini Qoritsa Qrinçarova-Kojareva tərəfindən alınıb.

Olaylar.az xəbər verir ki, Radev gələcək baş nazirdən avqustun 19-dan gec olmayaraq yeni hökumətin strukturu və kadrları ilə bağlı təkliflərini təqdim etməyi xahiş edib. Qrinçarova-Kojareva vurğulayıb ki, onun əsas vəzifəsi ədalətli seçkiləri təşkil etmək və keçirmək olacaq.

Bolqarıstan Hesablama Palatasının sədr müavini yeni hökumət seçilənə qədər dövlətin normal fəaliyyətini təmin edəcək yeni kabinet formalaşdırmağa söz verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31