Mask Maduronu hədələdi: “Biz onun bığını ütəcəyik"

Amerikalı sahibkar və X sosial şəbəkəsinin sahibi İlon Mask Venesuela hökumətin in X-in ölkədəki işini 10 gün müddətinə dayandırmaq qərarına görə, ölkə prezidenti Nikolas Maduronun hədələyib.

Olaylar.az musavat.com-a istinadən bildirir ki, Mask Venesuela liderinin çıxışını şərh edib və deyib: "Biz onun bığını kosmosdan ütəcəyik".

Qeyd edək ki, dünən Nikolas Maduro Milli Telekommunikasiya Komissiyasına X-in bloklanması təklifini göndərdiyini söyləyib. O, Maskın öz sosial şəbəkəsinin bütün normalarını pozduğunu deyib, şəbəkəni "nifrət, faşizm aşılamaqda, vətəndaş müharibəsi salmağa cəhd etməkdə və Venesuelanın bütün qanunlarını pozmaqda ittiham edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31