Şərqi Avropa ölkələri əsgər və təcrübəli hərbçilərin çatışmazlığı ilə bağlı həyəcan təbili çalır- ÖZƏL
9 Avqust 2024 13:51 DünyaPolşa, Macarıstan, Çexiya, Rumıniya və Slovakiya yeni əsgərləri cəlb etmək və təcrübəli əsgərləri saxlamaqda çətinlik çəkir.
Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" yazır.
Şərqi Avropa hökumətləri hərbi müavinətləri artıraraq rəqəmsal marketinq kampaniyalarına əl atıblar. Çexiya Müdafiə Nazirliyi nizami hərbi qulluqçular, eləcə də ehtiyatda olanlar və çağırışçılar üçün tibbi tələblərin azaldılması haqqında fərman verib.
Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Karol Dymanovskinin sözlərinə görə, Şərqi Avropada işsizlik səviyyəsi aşağıdır, əsas problem gəncləri daha az maaşla hərbi xidmətə getməyə inandırmaq olub.
Polşa müdafiə xərclərini ÜDM-in demək olar ki, 5%-ə çatdırmağa çalışır və bu yaxınlarda 18-35 yaş arası ölkə sakinləri üçün 28 günlük ilkin hərbi təlimlər verən "Ordu ilə Bayramlar" kampaniyasına başlayıb.
Bununla belə, Polşa Müdafiə Nazirliyinin məlumatları işə qəbul olunanların sayının artmasına baxmayaraq, etimad yaratmır. Məsələ burasındadır ki, ötən il rekord sayda peşəkar hərbçi xidməti tərk edib - 9 min.