İranda təlim təyyarəsi qəzaya uğradı: ölən var
9 Avqust 2024 13:23 DünyaBu gün səhər saatlarında Əlborz əyalətinin Nəzərabad şəhərində Salehiyə bataqlığı yaxınlığında təlim təyyarəsi qəzaya uğrayıb.
Olaylar xəbər verir ki, bu barədə Əlborz əyalətinin Qızıl Aypara Cəmiyyətinin sədr müavini Əmir Abbaspur məlumat yayıb.
"Azadi hava limanından havaya qalxan yüngül təyyarə bataqlıq yaxınlığında qəzaya düşüb, nəticədə bir kursant həlak olub. Təlim təyyarəsinin pilotunun da vəziyyəti ağırdır və dərhal xəstəxanaya aparılıb", - Abbaspur bildirib.
Qeyd edək ki, qəzanın səbəbi açıqlanmayıb. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31