Tramp Harrislə bu kanallarda debata çıxacaq - KİV
9 Avqust 2024 13:00 DünyaABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris sentyabrın 10-da ABC telekanalında debat keçirəcəklər.
Olaylar xəbər verir ki, bu barədə ABC telekanalı X şəbəkəsində məlumat yayıb.
Tramp isə bildirib ki, debatlar sentyabrn 4-də "Foks Nuys"da, sentyabrın 10-da ABC-də, sentyabrın 25-də NBC-də olacaq.
Onun sözlərinə görə, tamaşaçılar və keçiriləcək yerlə bağlı xırda detallar hələ də dəqiqləşdirilir.
Tramp Harrisin debatın bütün şərtləri ilə razılaşacağına şübhə etdiyini bildirib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31