Meksika Ukraynanın xahişini rədd etdi

Meksikanın hazırkı Prezidenti Andres Manuel Lopes Obrador Rusiya lideri Vladimir Putinin dövlət başçısının andiçmə mərasimi üçün oktyabrın 1-də ölkəyə gələcəyi təqdirdə onun həbsi ilə bağlı Ukraynanın xahişini rədd edib.

Olaylar xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

"Biz bunu edə bilmərik. Bu, bizdən asılı deyil", - o bildirib.

Qeyd edək ki, ötən gün Ukraynanın Meksikadakı səfirliyi ölkə hakimiyyətindən Putini həbs etməyi xahiş edib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31