Ukrayna ordusunun Kurska hücumu... - Pentaqon
9 Avqust 2024 10:30 DünyaPentaqon Ukrayna qoşunlarının Rusiya Federasiyasının Kursk vilayətində əməliyyatını eskalasiya hesab etmir.
Olaylar xəbər verir ki, bu açıqlama ilə Pentaqon rəsmisi Sabrina Sinqx çıxış edib.
"Bunun hər hansı bir şəkildə eskalasiya olduğuna inanmırıq. Ukrayna döyüş meydanında uğur qazanmaq üçün nə lazımdırsa, edir", - S.Sinqx deyib.
O əlavə edib ki, ABŞ Ukraynaya ehtiyacı olan vasitələrlə dəstəyini davam etdirəcək. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31