Donald Tramp Kamala Harrislə debatlara razılıq verib
9 Avqust 2024 10:24 DünyaABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp rəqibi, vitse-prezident Kamala Harrislə 3 debata razılıq verib.
Olaylar-ın məlumatına görə, bu barədə o, Floridadakı iqamətgahında keçirdiyi mətbuat konfransında deyib.
CNN qeyd edir ki, Tramp Floridadakı Mar-a-Laqo malikanəsində mətbuat konfransında çıxış edərək vitse-prezidentlə debatı "səbirsizliklə gözlədiyini" və qarşıdan gələn debat tarixləri ilə bağlı razılığa gəldiyini söyləyib: sentyabrın 4-də "Fox News"da, sentyabrın 10-da ABC-də və sentyabrın 25-də NBC-də.
Tramp əlavə edib ki, tamaşaçılar və yer də daxil olmaqla, "xırda təfərrüatlar" üzərində hələ də iş gedir. O həmçinin Harrisin debatın bütün şərtləri ilə razılaşacağına şübhə etdiyini vurğulayıb.
Daha əvvəl ABC-də debata razılıq verən Harris cümə axşamı daha sonra iştirak edəcəyini təsdiqləyib və gələcək debatları müzakirə etməkdən "xoşbəxt olacağını" söyləyib. (Trend)