Rusiya Sumda qırıcıların hücumlarını gücləndirdi
8 Avqust 2024 19:36 DünyaRus işğalçıları Sum vilayətinin sərhədyanı ərazilərində hücumlar həyata keçirmək üçün aviasiyadan istifadəni gücləndiriblər.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.
Qeyd olunub ki, xüsusilə, Privolye, Pavlovka, Basovka, Novenkoye, Yunakovka, Kiyanitsa, Yablonovka, Puşkarevka, Kondratovka və Moqritsa kimi yaşayış məntəqələrinin əraziləri rusların hücumuna məruz qalıb.
Həmçinin Pokrovka, Xleborob, Baçevsk, Yunakovka, Krujok, Bunyakino və Bruski yaşayış məntəqələri artilleriyadan atəşə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31