Rusiyaya buna görə hücum etdik – Kiyev
8 Avqust 2024 13:50 DünyaUkrayna hakimiyyəti Kursk vilayətində hücum vasitəsilə Rusiya ilə danışıqlarda mövqelərini gücləndirməyi planlaşdırır.
Olaylar bildirir ki, bunu Ukrayna Prezidenti rəhbərinin müşaviri Mixail Podolyak deyib.
O bildirib ki, hərbçilərin Rusiya Federasiyasının sərhədləri daxilində hərəkətləri rusları qorxudacaq və Prezident Putinə münasibətlərini pisləşdirəcək:
"Ukrayna qüvvələrinin sərhədyanı ərazilərə hücumları Kiyevin gələcək danışıqlar prosesinə müsbət təsir etmək şanslarına faydalı təsir göstərəcək. Bununla da Ukrayna hakimiyyəti nəyəsə təzyiq edib, nəyisə əldə edə biləcək". (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31