Türkiyə ordusuna qarşı təxribat hazırlayan terrorçu İraqda ÖLDÜRÜLDÜ
8 Avqust 2024 12:24 DünyaTürkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk bölgəsində yeni əməliyyat keçirib, PKK/KCK terror qruplaşmasının üzvü Serdar Sönmez öldürülüb.
Olaylar.az xəbər verir ki, onun kod adının "Eziz Qabar" olduğu bildirilir.
Məlumata görə, S.Sönmez Türkiyə Silahlı Qüvvələrinə qarşı təxribata hazırlaşırmış. Türkiyə kəşfiyyatı bunu öyrəndikdən sonra terrorçunu addım-addım izləyib və onu zərərsizləşdirib.
S.Sönmez 2014-cü ildə PKK/KCK terror qruplaşmasının sıralarına qoşulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31