Blinken ilə Quterreş Venesueladakı seçkiləri müzakirə ediblər

ABŞ dövlət katibi Antoni Blinken BMT-nin baş katibi Antonio Quterreşlə telefonla Venesueladakı seçkiləri müzakirə edib və ölkə tərəflərini dialoqa çağırdığına görə ona təşəkkür edib.

Olaylar-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.

"Dövlət katibi baş katibə Venesuela tərəflərini demokratik normalara sülh yolu ilə keçidi müzakirə etməyə inandırmaq səylərinə görə təşəkkür edib", - deyə bildirilib.

Qeyd olunub ki, Blinken və Quterres "beynəlxalq tərəfdaşlarla koordinasiyada demokratik normaların bərpası üçün inklüziv Venesuela prosesini dəstəkləməyə sadiq olduqlarını" ifadə ediblər. (trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31