Covid peyvəndləri ilə bağlı xəbərdarlıq- ÖZƏL
7 Avqust 2024 18:55 DünyaOlaylar.az cnnturk.com-a istinadən xəbər verir ki, Yunanıstan səlahiyyətliləri, bəzi internet saytlarında satılan və Covid-19 peyvəndlərinin yan təsirlərini müalicə etdiyi iddia edilən məhsulun istehlakının ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Milli Dərman Agentliyinin (EOF) verdiyi açıqlamada "möcüzəvi" olaraq təbliğ edilən dərmanın rəsmi orqanlar tərəfindən təsdiqlənmədiyi, effektivliyi və terapevtik istifadə üçün təhlükəsizliyi ilə bağlı heç bir qiymətləndirmə aparılmadığı vurğulanıb.
Açıqlamada dərmandan istifadənin sağlamlıq baxımından ciddi risklər daşıya biləcəyi, dərmanların etibarsız mənbələrdən alınmasının isə istehlakçının sağlamlığına ciddi təhlükə yarada biləcəyi vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31