İsraildə XİN-in binasında axtarış aparıldı

Polis əməkdaşları İsrail Xarici İşlər Nazirliyinin Qüdsdəki binasında axtarış aparıblar.

Olaylar xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu, "Lahav-433" xüsusi təyinatlılarının bir neçə həftə əvvəl başladığı gizli araşdırma çərçivəsində edilib:

"İstintaq hüququ olmayan şəxslərə diplomatik pasportların verilməsinə görə aparılıb. Axtarış zamanı müxtəlif sənədlər götürülüb". (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31