İlon Mask Kamala Harrisi kommunist ADLANDIRDI
7 Avqust 2024 16:53 Dünya"X" sosial şəbəkəsinin sahibi, milyarder İlon Mask ABŞ prezidentliyinə namizəd Kamala Harrisi kommunist adlandırıb.
Olaylar.az-ın xəbərinə görə, bu barədə o özünün "X" hesabında yazıb.
O hətta xanım siyasətçini kommunist ideologiyasının öncüllərindən olan Karl Marksla müqayisə edib:
"Onun "ədalətli bölgü" və "ədalət" anlayışları Karl Marksı xatırladır. O, Karl Marksın yenidən qablaşdırılmış versiyasıdır. Bu adam hətta onun "Hər kəsə bacarığına və tələbatına görə" - şüarını əlində rəhbər tutur. Bu ideologiya insanların malik olduğu varidatın yenidən bölüşdürüləcəyini deməyə əsas verir"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31