Nepalda helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb- ÖZƏL
7 Avqust 2024 16:41 DünyaAir Dynasty şirkətinə məxsus 9N-AJD helikopteri Nepalda, Şivpuri bölgəsində qəzaya uğrayıb. Təyyarədə pilot da daxil olmaqla beş nəfər olub. Onların hamısı helikopterin qəzaya uğraması nəticəsində həlak olub.
Olaylar.az xəbər verir ki, bu barədə Hindistan TV yerli telekanalı məlumat verib. Məlumata görə, dörd sərnişin Nepala Çindən turist kimi gəliblər.
Helikopteri kapitan Arun Malla idarə edib və göyərtəsində dörd Çin vətəndaşı olub. Ordu sözçüsü bildirib ki, hadisə yerinə axtarış-xilasetmə qrupu səfərbər olunub. Katmandu hava limanında havaya qalxdıqdan cəmi 3 dəqiqə sonra vertolyotla əlaqə kəsilib.
Telekanal bildirir ki, son vaxtlar Nepalda təyyarə qəzaları daha tez-tez baş verir. İyulun 24-də 18 sərnişinin ölümü ilə nəticələnən təyyarə qəzası və 72 nəfərin həlak olduğu 2023-cü il hadisəsi nümunə göstərildi. Bu, təkcə uçuşların çətin relyefi ilə deyil, həm də texniki xidmətin son dərəcə aşağı keyfiyyəti ilə izah olunur.