Almaniyada hotel çökdü - Ölənlər və yaralananlar var

Almaniyanın Kröf yaşayış məntəqəsində hotel çöküb. Hadisə nəticəsində ölən və yaralananlar var.

Olaylar xəbər verir ki, bu barədə "Bild" hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, bir mərtəbə çöküb, nəticədə azı bir nəfər həlak olub.

Qeyd olunub ki, binada 14 nəfər olub. Beş nəfər rahat şəkildə xilas ola bilib, lakin son məlumatlara görə, dağıntılar altında doqquz nəfər qalıb, onlardan biri uşaqdır.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31