General: "İran İsrailə tezliklə güclü və qəti cavab verəcək"
7 Avqust 2024 16:00 Dünyaİran İsrailə tezliklə güclü və qəti cavab verəcək.
Olaylar.az xəbər verir ki, bunu İran ordusunun general-mayoru Seyid Əbdülrəhim Musəvi Jurnalistlər Günü münasibətilə keçirilən mərasimdə deyib.
O bildirib ki, buna heç bir şübhə yoxdur.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında öldürülüb. Bundan sonra İran rəsmiləri İ.Haniyənin qisasının alınacağı barədə bəyanat veriblər. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31