Banqladeş və Hindistan arasında ticarət DAYANDIRILDI
7 Avqust 2024 15:57 DünyaBanqladeşin Baş naziri Şeyx Həsinənin istefasından sonra yaranmış siyasi böhran fonunda Hindistan və Banqladeş arasında ticarət tamamilə dayandırılıb.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu Hindistan İxrac Təşkilatları Federasiyasının (FIEO) prezidenti Aşvani Kumar deyib.
"Avqustun 5-dən etibarən ticarət tamamilə dayandırılıb", - o bildirib.
Eyni zamanda A.Kumar qeyd edib ki, Banqladeşdəki tərəfdaşlar bir həftə ərzində əməliyyatların bərpa olunacağına ümid edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31