Nepalda göyərtəsində beş nəfərin olduğu helikopter qəzaya uğradı
7 Avqust 2024 15:47 DünyaNepalın Şivpuri rayonunda göyərtəsində beş nəfərin olduğu helikopter qəzaya uğrayıb.
Olaylar xəbər verir ki, bu barədə "Himalayan Times" məlumat yayıb.
Bildirilib ki, helikopterdə dörd Çin vətəndaşı və nepallı pilot olub.
Qeyd edilib ki, helikopter Katmandudan havaya qalxdıqdan bir müddət sonra əlaqə kəsilib. Hələlik sərnişinlərin və pilotun taleyi ilə bağlı məlumat yoxdur. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31